EN

Əraqçi: "İran nüvə sazişi üzrə yeni təklif hazırlayır"

Busözləriİranın xarici işlər naziri Abbas Əraqçi Rusiyanın "RT" telekanalına müsahibəsində dilə gətirib. O bildirib ki, sazişdə Tehranın nüvə silahı hazırlamaq niyyəti daşımadığı, nüvə enerjisini yalnız elektrik istehsalında, tibb və kənd təsərrüfatı sahələrində işlədəcəyi vurğulanacaq:

"Bu istiqamətdə artıq öz komandama müvafiq tapşırıqlar vermişəm. Əlbəttə, 2025-ci ildə aparılan danışıqlar əsnasında ABŞ-nin İrana zərbələr endirməsi ucbatından bu ölkəyə tamamilə etibarla yanaşmırıq. Belə bir hadisənin yenidən təkrarlanmayacağını dəqiqləşdirmək istəyirik".

Xatırladaq ki, fevralın 6-da ABŞ və İran nümayəndə heyətləri Omanın paytaxtı Məsqət şəhərində nüvə proqramına dair danışıqlar aparıblar. Prezident Donald Tramp görüşün yaxşı keçdiyini, davamının gələcəyini söyləyib. Fevralın 8-də isə Abbas Əraqçi vurğulayıb ki, müharibəyə gəririb çıxarsa belə, İran uranı zənginləşdirmək hüququna malikdir.

Firudin Həmidli
AzVision.az
Chosen
15
1
azvision.az

2Sources