AZ

Əraqçi: İran nüvə sazişi üzrə yeni təklif hazırlayır

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyanın "RT" telekanalına müsahibəsində dilə gətirib. O bildirib ki, sazişdə Tehranın nüvə silahı hazırlamaq niyyəti daşımadığı, nüvə enerjisini yalnız elektrik istehsalında, tibb və kənd təsərrüfatı sahələrində işlədəcəyi vurğulanacaq: "Bu istiqamətdə artıq öz komandama müvafiq tapşırıqlar vermişəm. Əlbəttə, 2025-ci ildə aparılan danışıqlar əsnasında ABŞ-nin İrana zərbələr endirməsi ucbatından bu ölkəyə tamamilə etibarla yanaşmırıq. Belə bir hadisənin yenidən təkrarlanmayacağını dəqiqləşdirmək istəyirik". Xatırladaq ki, fevralın 6-da ABŞ və İran nümayəndə heyətləri Omanın paytaxtı Məsqət şəhərində nüvə proqramına dair danışıqlar aparıblar. Prezident Donald Tramp görüşün yaxşı keçdiyini, davamının gələcəyini söyləyib. Fevralın 8-də isə Abbas Əraqçi vurğulayıb ki, müharibəyə gəririb çıxarsa belə, İran uranı zənginləşdirmək hüququna malikdir. Firudin Həmidli

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
azvision.az

2Mənbələr