EN

İcra başçısı iki il əvvəl təyin etdiyi müavinini də işdən çıxardı

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.

NOCOMMENT.az -ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Rəcəb Babaşov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Adil Vəliyev başçının müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, A.Vəliyev 2024-cü ilin aprelində başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

Xatırladaq ki, icra başçısı bir neçə gün bundan əvvəl köməkçisi Süleyman Axundovu da vəzifəsindən azad edib. (İqtisadiyyat.az)

 

İcra

Chosen
24
7
nocomment.az

9Sources