AZ

İcra başçısı iki il əvvəl təyin etdiyi müavinini də işdən çıxardı

Qazax Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib və başçının müavinlərindən biri vəzifədən kənarlaşdırılıb.
 
Moderator.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, rayonun icra başçısı Rəcəb Babaşov bununla əlaqədar müvafiq əmr imzalayıb.
 
İmzalanmış əmrə uyğun olaraq, Adil Vəliyev icra başçısının müavini vəzifəsindən kənarlaşdırılıb.
 
Məlumat üçün bildirək ki, A.Vəliyev bu vəzifəyə 2024-cü ilin aprel ayında gətirilmişdi və o, başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri funksiyasını icra edirdi.
 
Onu da əlavə edək ki, bir neçə gün öncə icra başçısı öz köməkçisi Süleyman Axundovun da işdən azad olunması barədə qərar qəbul etmişdi.
 
Seçilən
14
2
moderator.az

9Mənbələr