Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad olunub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Rəcəb Babaşov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Adil Vəliyev başçının müavini vəzifəsindən azad olunub.
Qeyd edək ki, A.Vəliyev 2024-cü ilin aprelində başçının müavini və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.
Xatırladaq ki, icra başçısı bir neçə gün bundan əvvəl köməkçisi Süleyman Axundovu da vəzifəsindən azad edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.