EN

Azərbaycan Basketbol Liqasında XVI tura yekun vurulacaq

Azərbaycan Basketbol Liqasında bu gün XVI tura yekun vurulacaq.

"Report"un məlumatına görə turun son oyun günündə iki qarşılaşma keçiriləcək.

Əvvəlcə "Şəki" evdə "Abşeron Lions"la üz-üzə gələcək. Qarşılaşma saat 14:00-da Şəki Olimpiya İdman Kompleksində start götürəcək.

Turun son görüşü Bakı İdman Sarayında "Neftçi" və "Sabah" arasında baş tutacaq. Bu matç saat 18:00-da başlayacaq.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" "Sərhədçi"ni (97:89), "Ordu" "Naxçıvan"ı (95:92) "Gəncə" NTD-ni (104:85) məğlub edib.

Chosen
8
4
far.az

6Sources