AZ

Azərbaycan Basketbol Liqasının XVI turunda "Abşeron Lions" "Şəki"ni məğlub edib

Azərbaycan Basketbol Liqasının XVI turunda "Abşeron Lions" səfərdə "Şəki"ni məğlub edib.

"Report" xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində baş tutan görüş qonaqların 92:85 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun son görüşü Bakı İdman Sarayında "Neftçi" və "Sabah" arasında baş tutacaq. Bu matç saat 18:00-da başlayacaq.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" "Sərhədçi"ni (97:89), "Ordu" "Naxçıvan"ı (95:92) "Gəncə" NTD-ni (104:85) məğlub edib.

Seçilən
2
4
far.az

5Mənbələr