EN

Fransada gözəllik salonunda partlayış oldu, 6 nəfər yaralandı

Bakı. Trend:

Fransanın İzer departamentinin Qrenobl şəhərindəki gözəlliksalonunda qumbara partlaması nəticəsində ən azı altı nəfəryaralanıb.

Trend-inməlumatına görə, bu barədə "Franceinfo" radio stansiyası polisdəkimənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, yerli vaxtla təxminən saat 15:00 radələrindəşəhər mərkəzindəki gözəllik salonuna qumbara atılıb, nəticədəsalonun pəncərəsi sınıb və altı nəfər yüngül xəsarət alıb. Qeydolunub ki, qurbanlar arasında beş yaşlı bir uşaq da var.

Prokurorun sözlərinə görə, partlayıcı qurğunun öldürmək üçündeyil, qorxutmaq üçün nəzərdə tutulduğu ehtimal edilir.

Chosen
20
4
az.trend.az

7Sources