EN

İlham Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb.

Missiya.Az report-a istinadən xəbər verir ki, o, bu barədə Vaşinqtonda çıxışı zamanı bildirib.

ABŞ lideri bir sıra münaqişələrin tənzimlənməsindəki rolunu yenidən xatırladıb. "Mən Kamboca-Tailand, Kosovo-Serbiya, Pakistan-Hindistan, İsrail-İran, Ermənistan-Azərbaycan şiddətli müharibələrini dayandırmışam", - Tramp deyib.

Tramp Bakı və İrəvan arasında sülh prosesindəki irəliləyişdən danışarkən vurğulayıb: "İki həqiqətən yaxşı lider. Onların bildiyi tək şey mübarizə idi. Onlar uzun illər mübarizə aparıblar. Amma biz hər şeyi olduqca tez həll etdik", - o bildirib.

Chosen
108
20
missiya.az

10Sources