AZ

Tramp dəstəklədiyi namizədini açıqladı

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn parlament seçkilərindən əvvəl Macarıstanın Baş naziri Viktor Orbana dəstəyini ifadə edərək onu "dostu" adlandırıb.

"Unikal" xəbər verir ki, Ağ Ev rəhbərinin paylaşımı "TruthSocial" sosial media platformasında dərc olunub.

"2022-ci ildə Viktorun yenidən seçilməsini dəstəkləməkdən qürur duydum və bunu yenidən etməkdən şərəf duyuram. Viktor Orban əsl dost, mübariz və qalibdir və Macarıstanın Baş naziri vəzifəsinə yenidən seçilmək üçün tam və mütləq dəstəyimə malikdir - o, heç vaxt böyük Macarıstan xalqını məyus etməyəcək!", - deyə ABŞ Prezidenti yazıb.

O, ABŞ və Macarıstanın "daha böyük uğurlar qazanması və əməkdaşlığı inkişaf etdirməsi" üçün Orbanla işləməyə davam etməyi səbirsizliklə gözlədiyini qeyd edib.

Qeyd edək ki, Macarıstanda parlament seçkiləri 12 aprel 2026-cı il tarixinə planlaşdırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
1
unikal.az

10Mənbələr