AZ

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb.

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bu barədə o, Vaşinqtonda çıxışı zamanı bildirib.

 

ABŞ lideri bir sıra münaqişələrin tənzimlənməsindəki rolunu yenidən xatırladıb. "Mən Kamboca-Tailand, Kosovo-Serbiya, Pakistan-Hindistan, İsrail-İran, Ermənistan-Azərbaycan şiddətli müharibələrini dayandırmışam", - Tramp deyib.

 

Tramp Bakı və İrəvan arasında sülh prosesindəki irəliləyişdən danışarkən vurğulayıb: "Həqiqətən, iki yaxşı lider. Onların bildiyi tək şey mübarizə idi. Uzun illər mübarizə aparıblar. Amma biz hər şeyi olduqca tez həll etdik", - o bildirib.

Seçilən
10
20
senzor.az

10Mənbələr