Bakı. Trend:
Fransa, süni intellekt və rəqəmsal texnologiyaların sürətləinkişaf etdiyi, qlobal iqtisadiyyatın yeni texnoloji mərhələyəqədəm qoyduğu bir dövrdə müstəmləkə ərazilərini istismar etmək vəyerli əhalini hüquq və zor aparatı vasitəsilə nəzarətdə saxlamaqsiyasətini davam etdirir, yerli əhalini doğma torpaqlarını tərketməyə məcbur edir.
Trend xəbərverir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb.
Bildirilib ki, 2019 və 2025-ci illər üzrə yerli kanak əhalisininsiyahıyaalma nəticələri Kanakidə (Yeni Kaledoniya) sistemli vədərinləşən demoqrafik tənəzzülün yaşandığını açıq şəkildə ortayaqoyur. 2019-cu ildə ərazinin daimi əhalisi 271 407 nəfər təşkiletdiyi halda, 2025-ci ildə bu göstərici 264 596 nəfərə enib. Sonaltı il ərzində Kanakidə əhali sayında 6 811 nəfərlik azalma qeydəalınıb. Bu geriləmə təxminən 2,5 faiz demoqrafik azalmaya bərabərolmaqla hər il orta hesabla 1 200-dən artıq şəxsin YeniKaledoniyanı tərk etməsi ilə xarakterizə olunur və son 75 ilərzində ilk dəfə müşahidə edilən demoqrafik tənəzzül kimiqiymətləndirilir.
Statistik məlumatlara əsasən, Kanakinin Fransa tərəfindənməqsədli şəkildə sosial-iqtisadi inkişafdan kənarda saxlanılması,təhsil və məşğulluq imkanlarının məhdudlaşdırılması, yerli əhaliüçün sabit gələcək perspektivlərinin qeyri-müəyyənliyi,sosial-iqtisadi vəziyyətin getdikcə pisləşməsi, səhiyyə və ictimaixidmətlərə əlçatanlığın məhdud olması, ədalətli məhkəmə sistemininmövcud olmaması, eləcə də Metropoldan (Fransadan) qeyri-qanunigöstərişlər alan hüquq-mühafizə orqanlarının sərt, repressiv vəayrı-seçkilik yaradan davranışları, təhlükəsizlik mühitininpisləşməsi və siyasi, iqtisadi, sosial hüquqların ardıcıl vəsistemli şəkildə məhdudlaşdırılması, Kanaki əhalisi arasındakütləvi miqrasiya meyllərinin güclənməsinin əsas səbəblərindənhesab olunur.
Vurğulanıb ki, Kanaki əhalisinin ərazini tərk etməsi ilə paralelolaraq ümumi əhali strukturunda yaşlanma prosesi sürətlənir, uşaqvə gənc əhalinin çəkisi isə azalır ki, bu da demoqrafik geriləmənindaha qabarıq və kəskin şəkildə görünməsinə gətirib çıxarır.
Qeyd edilib ki, Fransa tərəfindən məqsədyönlü həyata keçirilənKanak gənclərin, xüsusilə siyasi və iqtisadi baxımdan aktivəhalinin kütləvi şəkildə digər ölkələrə köçürülməsi siyasəti yerlimüstəqillik hərəkatlarının gücünün zəiflədilməsinə, YeniKaledoniyada Kanak əhalisinin nisbətinin azaldılmasına, eynizamanda metropoldan gələn avropalı və digər miqrantların sayınınartırılmasına və nəhayət, uzunmüddətli perspektivdə referendumlarvə yerli əhali tərəfindən müstəqillik tələblərinin zəifləməsinəyönəlib.
Gənc, təhsilli və perspektivli şəxslərin Kanakini tərk etməsiyerli iqtisadi inkişafın ləngiməsinə səbəb olur. Bu proses YeniKaledoniya və digər müstəmləkə ərazilərinin Fransaya iqtisadiasılılığını artırır, xüsusilə subsidiyalar, investisiyalar və idxalasılılığı vasitəsilə maliyyə və resurs baxımından metropolabağlılıq dərinləşir. Eyni zamanda, Fransız şirkətləri, xüsusilənikel sektorunda fəaliyyət korporatsiyalar yerli əmək qüvvəsindəkiazalmanı Fransadan gələn işçilər və ya digər xarici miqrantlarhesabına kompensasiya edə bilirlər. Fransa hökuməti bu siyasətvasitəsilə daxili siyasətindəki çatışmazlıqları və uğursuzluqlarıört-basdır etməyə çalışırlar.
Qeyd edilib ki, 2024-cü ildə Çido qasırğasının ağır zərbəsi iləüzləşən Mayot xalqına Fransa Prezidenti Emmanuel Makron və digəryüksək səviyyəli rəsmilər tərəfindən verilmiş yenidənqurma vəinkişaf vədləri hələ də yerinə yetirilməyib. Dənizaşırı ərazilərnaziri Naima Mutçu 22 yanvar 2026-cı il tarixində Fransanın Mayotüçün 674 milyon avrodan artıq maliyyə öhdəliyi götürdüyünü və bununəhəmiyyətli hissəsinin xüsusi büdcə xətti ilə təmin olunacağınıbəyan edib. Buna baxmayaraq, Fransa Milli Assambleyası tərəfindən 2fevral 2026-cı ildə qəbul edilmiş büdcədə Mayotun yenidənqurulmasıüçün heç bir xüsusi büdcə sətri və ayrılmış vəsait nəzərdətutulmayıb.
Nəticədə, Fransa rəhbərliyi adanın ağır fəlakət sonrasıvəziyyətinə qarşı laqeyd münasibətini davam etdirərək verilmişvədləri yalnız formal sənədlər səviyyəsində saxlayıb və Mayotunyenidənqurma prosesi maliyyə baxımından qeyri-müəyyən və dəstəksizqalıb. Bu qərar Fransanın müstəmləkə əsarətində saxladığı ərazilərəqarşı ardıcıl olaraq nümayiş etdirdiyi laqeyd və yerli əhalininmövcud vəziyyətdən bezərək doğma torpaqlarını tərk etməsinəistiqamətlənmiş siyasətin bariz nümunəsidir.