Bakı. Trend:
Binəqədi rayonunun 28 May qəsəbəsində fəaliyyət göstərənşirkətlərin birindən ümumi dəyəri 11 840 manat olan optik naqiloğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Şöbəsiəməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəlibilinən 36 yaşlı Səməd İsmayılov müəyyən edilərək saxlanılıb.
Bildirilib ki, onun törətdiyi qanunsuz əməl ərazidəkitəhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Qeyd edilib ki, faktla bağlı cinayət işi başlanılıb, məhkəməninqərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.