AZ

11 840 manatlıq optik naqil oğurladı: Kameraya düşdü - VİDEO

Binəqədi rayonunda talama cinayəti qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, rayonun 28 May qəsəbəsində fəaliyyət göstərən şirkətlərin birindən ümumi dəyəri 11 840 manat olan optik naqil oğurlanıb.

Binəqədi RPİ-nin 40-cı Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı Səməd İsmayılov müəyyən edilərək saxlanılıb. Onun törətdiyi qanunsuz əməl ərazidəki təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

"Cebheinfo.az"

Seçilən
32
21
cebheinfo.az

10Mənbələr