AZ

Binəqədi rayonunda optik naqil oğurlayan şəxs saxlanılıb

DİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi rayonunda talama cinayəti qeydə alınıb.

Rayonun 28 May qəsəbəsində fəaliyyət göstərən şirkətlərin birindən ümumi dəyəri 11840 manat olan optik naqil oğurlanıb. Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı Səməd İsmayılov  müəyyən edilərək saxlanılıb. Onun törətdiyi qanunsuz əməl ərazidəki təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

N.Adilqızı
XQ

Seçilən
18
21
xalqqazeti.az

10Mənbələr