EN

EMTA-da Dünya Bankının nümayəndə heyəti ilə məsləhətləşmələr aparılıb

Bakı, 5 fevral, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmaysterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda qaz təchizatı sahəsində islahatlar, eləcə də tarif mexanizmləri ətrafında məsləhətləşmələr aparılıb.

Həmçinin Azərbaycanda metan emissiyalarının azaldılması səylərinin davam etdirilməsi, o cümlədən qaz infrastrukturunun modernləşdirilməsini dəstəkləmək üçün Dünya Bankı, eləcə də digər maliyyə qurumlarından əlavə potensial investisiya ayrılmasının perspektivləri nəzərdən keçirilib.

Chosen
42
3
azertag.az

5Sources