AZ

Azərbaycan Dünya Bankı ilə qaz infrastrukturunun modernləşdirilməsi üzrə məsləhətləşmələr apardı

Bakı. Trend:

Azərbaycan və Dünya Bankı ilə ölkədə qaz təchizatı sahəsindəislahatlar, eləcə də tarif mexanizmləri ətrafında məsləhətləşmələraparılıb.

Trend bubarədə Energetika Nazirliyinin tabeliyində Enerji MəsələləriniTənzimləmə Agentliyinə (EMTA) istinadən xəbər verir.

Belə ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA)İdarə Heyətinin sədri Samir Axundov Dünya Bankının Azərbaycan üzrəölkə meneceri Ştefani Ştalmaysterin rəhbərlik etdiyi nümayəndəheyətini qəbul edib.

Görüşdə Azərbaycanda qaz təchizatı sahəsində islahatlar, eləcədə tarif mexanizmləri ətrafında məsləhətləşmələr aparılıb.

Həmçinin Azərbaycanda metan emissiyalarının azaldılmasısəylərinin davam etdirilməsi, o cümlədən qaz infrastrukturununmodernləşdirilməsini dəstəkləmək üçün Dünya Bankı, eləcə də digərmaliyyə qurumlarından əlavə potensial investisiya ayrılmasınınperspektivləri nəzərdən keçirilib.

Seçilən
57
3
az.trend.az

5Mənbələr