
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmaysterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Agentlikdən AFN.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda qaz təchizatı sahəsində islahatlar, eləcə də tarif mexanizmləri ətrafında məsləhətləşmələr aparılıb.
Həmçinin Azərbaycanda metan emissiyalarının azaldılması səylərinin davam etdirilməsi, o cümlədən qaz infrastrukturunun modernləşdirilməsini dəstəkləmək üçün Dünya Bankı, eləcə də digər maliyyə qurumlarından əlavə potensial investisiya ayrılmasının perspektivləri nəzərdən keçirilib.