EN

Ağcabədidə dəm qazı 4 nəfəri zəhərlədi

Ağcabədidə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

Far.Az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Avşar kəndində qeydə alınıb. Ana və üç övladı dəm qazından zəhərlənib. Onlar Ağcabədi rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həyati təhlükələrinin olmadığı deyilir.

Chosen
11
8
far.az

9Sources