EN

Paytaxtın Nizami rayonu ərazisində xəsarət almış şəxsin ölməsi faktı üzrə cinayət işinin istintaqı davam etdirilir  

Fevralın 2-də 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq məlumat verilib.

Bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Chosen
17
3
azerbaijan-news.az

10Sources