EN

Azərbaycanın güləş üzrə dünya çempionu əməliyyat olunub

Bakı, 4 fevral, AZƏRTAC

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü, dünya və Avropa çempionu Ülvü Qənizadə əməliyyat olunub.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, çiyin nahiyyəsindən uğurlu əməliyyat keçirən güləşçi 1 ay sonra fərdi, 3 ay sonra isə kollektiv məşqlərə qoşula biləcək.

Ülvü Qənizadə 4-6 ay sonra yarışlarda iştirak edə bilər.

Chosen
25
6
azertag.az

10Sources