Bakı, 4 fevral, AZƏRTAC
Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü, dünya və Avropa çempionu Ülvü Qənizadə əməliyyat olunub.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, çiyin nahiyyəsindən uğurlu əməliyyat keçirən güləşçi 1 ay sonra fərdi, 3 ay sonra isə kollektiv məşqlərə qoşula biləcək.
Ülvü Qənizadə 4-6 ay sonra yarışlarda iştirak edə bilər.