AZ

Azərbaycanın yunan-Roma güləşçisi əməliyyat olunub

Azərbaycanın yunan-Roma güləşi millisinin üzvü, dünya və Avropa çempionu Ülvü Qənizadə əməliyyat edilib.

Bu barədə "Report"a Güləş Federasiyasından bildirilib.

Çiyin nahiyəsindən uğurlu əməliyyat keçirən güləşçi 1 ay sonra fərdi, 3 ay sonra isə kollektiv məşqlərə qoşula biləcək.

Qənizadə 4-6 aydan sonra yarışlarda iştirak edə biləcək.

Seçilən
17
3
far.az

10Mənbələr