EN

Şabran məktəbliləri arasında İNSİDENT Döyülən şagirdin burnu sınıb

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Şabranda məktəblilər arasında insident baş verib.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi digər məktəblərin iki şagirdi tərəfindən mübahisə zəminində döyülüb. Hadisə zamanı məktəblinin burnu sınıb.Məlumata görə, 9-cu sinif şagrdini döyənlər Şabran şəhər Roman Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin və Şabran şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləridir.DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya bildirilib ki, Şabran rayonunda məktəblilər arasında baş verən insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır:“Hadisə nəzarətə götürülərək müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək”.Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
7
bizim.media

8Sources