AZ

Məktəblilər arasındakı dava ilə bağlı polisdən AÇIQLAMA

Şabranda məktəblilər arasında insident baş verib. 

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayonun Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin XI a sinif şagirdi C.S. digər məktəblərin 2 şagirdi tərəfindən mübahisə zəminində döyülüb. Hadisə zamanı məktəblinin burnu sındıb.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinənlər Şabran şəhər Roman Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin şagirdi H.S. və Şabran şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin XIb sinif şagirdi N.S.-dır. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, Şabran rayonunda məktəblilər arasında baş verən insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır:

“Hadisə nəzarətə götürülərək müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək”.

Seçilən
8
7
redaktor.az

8Mənbələr