BAKI, 3 fevral. TELEQRAF
1 fevral saat 17:00 radələrində xəsarət alması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2012-ci il təvəllüdlü (kişi) şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, onun əziyyəti stabil olaraq qiymətləndirilir.