BAKI, 3 fevral. TELEQRAF
1 fevral saat 17:00 radələrində xəsarət alması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2012-ci il təvəllüdlü (kişi) şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, onun əziyyəti stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, Cəlilabadda əmi 12 və 14 yaşlı qardaşı qızı və oğlunu baltalayıb. Hadisə rayonun Üçtəpə kəndində baş verib.
İki azyaşlıdan biri, 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızı xəstəxanada vəfat edib.