AZ

Cəlilabadda əmisi tərəfindən baltalandığı deyilən şəxsin son vəziyyəti açıqlandı

Cəlilabadda baltalanaraq xəsarət alan yeniyetmənin son vəziyyəti açıqlanıb.

 

Bu barədə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

 

Bildirilib ki, fevralın 1-i saat 17:00-da xəsarət alması səbəbi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2012-ci il təvəllüdlü (kişi) şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir:

 

"Onun vəziyyəti stabil olaraq qiymətləndirilir".

 

Xatırladaq ki, əmisi tərəfindən baltalandığı deyilən 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızı isə xəstəxanada vəfat edib.

Tarix: 3 Fevral 2026, 13:04   
Seçilən
2
3
pravda.az

10Mənbələr