
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Veysəl Rzayev qarın bolluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə bıçaqlanan şəxs “Kəpəz” futbol klubunun oyunçudur.
Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.