EN

Premyer Liqa: Neftçi Araz Naxçıvan ı dörd cavabsız qolla məğlub edib

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Neftçi" Misli Premyer Liqasında "Araz-Naxçıvan"ı məğlub edib.

"Ölkə.az" xəbər verir ki, XVIII turun oyunu 4:0 hesabı ilə yekunlaşıb.

"Ağ-qaralar"ın qollarını 4-cü dəqiqədə İqor Ribeyro, 40-cı dəqiqədə Bassala Sambu, 84-cü dəqiqədə Alessio Kurçi, 90+2-ci dəqiqədə Vensan Abubakar vurub.

Bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran "Neftçi" yeddinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi 27 xalla altıncıdır.

Günün ikinci görüşündə "Qarabağ" "Turan Tovuz"la üz-üzə gələcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Karvan-Yevlax"ı (2:0), "Qəbələ" "İmişli"ni (3:2), "Şamaxı" "Kəpəz"i (2:0), "Sabah" "Zirə"ni (3:1) məğlub edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
10
olke.az

10Sources