AZ

“Neftçi” “Araz Naxçıvan” üzərində inamlı qələbə qazanıb

Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində keçirilən oyunda “Neftçi” “Araz-Naxçıvan” üzərində inamlı qələbə qazanıb.

Yeniavaz.com xəbər verir ki, qarşılaşma paytaxt təmsilçisinin 4:0 hesablı üstünlüyü ilə başa çatıb.

“Ağ-qaralar”ın heyətində hesabı 4-cü dəqiqədə İqor Ribeyro açıb. Daha sonra 40-cı dəqiqədə Bassala Sambu fərqlənib. Oyunun sonlarına yaxın, 84-cü dəqiqədə Alessio Kurçi, əlavə olunmuş vaxtın ikinci dəqiqəsində isə Vensan Abubakar adını tabloya yazdırıb.

Bu qələbə sayəsində xal ehtiyatını 24-ə yüksəldən “Neftçi” turnir cədvəlində 7-ci mövqedə yer alıb. “Araz-Naxçıvan” isə 27 xalla 6-cı pillədə qərarlaşıb.

Turun növbəti qarşılaşmasında “Qarabağ” komandası “Turan Tovuz”la qarşılaşacaq.

Xatırladaq ki, turun daha əvvəl keçirilən oyunlarında “Sumqayıt” “Karvan-Yevlax”ı 2:0, “Qəbələ” “İmişli”ni 3:2, “Şamaxı” “Kəpəz”i 2:0, “Sabah” isə “Zirə”ni 3:1 hesabı ilə məğlub edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
44
yeniavaz.com

10Mənbələr