Misli Premyer Liqasının XVIII turu çərçivəsində "Neftçi" öz meydanında "Araz-Naxçıvan"ı 4:0 hesabı ilə məğlub edib.
BAKU.WS xəbər verir ki, matçın qolları erkən dəqiqələrdə vurulmağa başlayıb: 4-cü dəqiqədə İqor Ribeyro fərqlənib, 40-cı dəqiqədə Bassala Sambu, 84-cü dəqiqədə Alessio Kurçi, 90+2-ci dəqiqədə isə Vensan Abubakar hesabı tamamlayıb.
Bu qələbə sayəsində "Neftçi" xallarını 24-ə çatdıraraq turnir cədvəlində 7-ci pilləyə yüksəlib. "Araz-Naxçıvan" isə 27 xalla 6-cı sırada qalıb.
Tur çərçivəsində digər oyunlarda isə belə nəticələr qeydə alınıb:
-
"Sumqayıt" – "Karvan-Yevlax" 2:0
-
"Qəbələ" – "İmişli" 3:2
-
"Şamaxı" – "Kəpəz" 2:0
-
"Sabah" – "Zirə" 3:1
Günün digər oyununda "Qarabağ" "Turan Tovuz" ilə qarşılaşacaq.