EN

“Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyası ilə bağlı bilgiləndirmə sessiyası keçirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası təsdiq edilib. Yeni Konsepsiya ölkəmizdə mədəniyyət siyasətinin uzunmüddətli strateji çərçivəsini müəyyən edən əsas planlaşdırma sənədidir.

Publika.az xəbər verir ki, yanvarın 30-da Azərbaycan Milli İncəsənət Muzeyində Konsepsiya ilə bağlı media nümayəndələri üçün bilgiləndirmə sessiyası keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini akademik Rafael Hüseynov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri kulturoloq, professor Fuad Məmmədov və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan mədəniyyəti və yeni Konsepsiya ilə bağlı videoçarx nümayiş etdirilib. Sonra tədbir Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovanın moderatorluğu ilə davam edib.

Çıxışlarda qeyd olunub ki, Konsepsiya milli kimliyə əsaslanan, qlobal çağırışlara cavab verən və mədəniyyəti cəmiyyətin həyat tərzinin ayrılmaz hissəsi kimi dəyərləndirən müasir mədəniyyət modelinin formalaşdırılmasını hədəfləyir.

Chosen
65
50
publika.az

10Sources