ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dostluq mənəvi rahatlıq, sevinc və dəstəyin ən vacib mənbələrindən biridir. Lakin bəzən ən səmimi dostluqlar belə, dostun fikrinə və hisslərinə etinasızlığı göstərən düşünülməmiş ifadələr ucbatından zədələnə bilər. Demokrat.az xəbər verir ki, "Huffpost" nəşri psixoloqların fikirlərini toplayaraq ünsiyyətdə hansı ifadələrdən çəkinməyin vacib olduğunu açıqlayıb."Vay, sənə nə yaxşıdır!" - Bu cür ifadələr dost həyatındakı uğurlar və ya xoş hadisələr barədə danışanda gizli inciklik, paxıllıq və ya qısqanclığı yaxşı maskalamır. Əgər dostunuz işdə yüksəliş əldə etdiyini deyirsə, passiv-aqressiv eyhamlar vurmaq əvəzinə, onun səylərinin qarşılığını aldığını səmimi şəkildə təbrik etmək daha düzgündür."Necə istəyirsənsə, elə et" - Bu ifadə zahirən dəstək kimi səslənsə də, çox vaxt dostun sizin fikrinizlə razılaşmamasından doğan əsəbiliyi gizlədir. Əgər baxışlarınız üst-üstə düşmürsə, bunu açıq şəkildə etiraf etmək, sarkazm və ya passiv aqressiyaya yol verməmək daha sağlamdır.“Sakit ol, bu zarafat idi!” - Əgər zarafatlarınız kimisə incidirsə, problem dostda yox, zarafatın özündədir. Bəzən niyyəti incitmək olmayan uğursuz zarafatlar da ola bilər. Amma iradları bilərəkdən zarafat formasına salıb dosta təqdim etmək qətiyyən düzgün deyil.“Sən buna həddindən artıq reaksiya verirsən” - İnsan nəyəsə güclü reaksiya göstərirsə, bu, həmin vəziyyətin onun üçün nə qədər önəmli olduğunu göstərir. Dostun reaksiyasını kiçiltmək, əslində onun fikrini də dəyərsizləşdirmək deməkdir.“Görünür, mənim nə düşündüyüm sənə maraqlı deyil” - Bu cümlə dostda günahkarlıq və utanc hissi yaratmağa yönəlmiş, pis gizlədilmiş bir cəhddir. Psixoloqlar narazılığı birbaşa, lakin təmkinlə ifadə etməyi tövsiyə edirlər. Amma bunu üstüörtülü şəkildə etmək doğru deyil.Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.