EN

İRANDA QAÇHAQAÇ BAŞLADI Siyasi elita ölkəni tərk edir

Hurriyyet portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İran hökumətinə məxsus təyyarənin Rusiya istiqamətində uçuşu qeydə alınıb.

Hurriyyet.org xəbər verir ki, hazırda təyyarənin göyərtəsində hansı rəsmi şəxslərin olduğu barədə heç bir rəsmi məlumat açıqlanmayıb.

Uçuşun məqsədi ilə bağlı Tehran tərəfindən susqunluq qorunur. Hadisə ABŞ–İran gərginliyinin pik həddə çatdığı, regionda hərbi toqquşma ehtimallarının açıq şəkildə müzakirə edildiyi bir vaxta təsadüf edir. Məhz bu səbəbdən sözügedən uçuş siyasi və təhlükəsizlik dairələrində ciddi suallar doğurub.

Ehtimal olunur ki, söhbət fövqəladə diplomatik missiyadan, hərbi-siyasi koordinasiyadan və ya mümkün böhran ssenariləri ilə bağlı qapalı danışıqlardan gedə bilər. Xüsusilə İran mediasında müharibənin yaxınlaşdığına dair həyəcanlı siqnalların artması bu uçuşu daha da şübhəli göstərir.

Tehran–Moskva xəttində baş verən bu hərəkət regionda yeni mərhələnin başlaya biləcəyinə dair ehtimalları gücləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
50
hurriyyet.az

10Sources