AZ

İranda soydaşlarımıza güc tətbiq olunsa, Azərbaycan... - AÇIQLAMA

ABŞ-ın nüfuzlu "The Washington Post" nəşri İranda mümkün zorakı daxili münaqişə ssenarilərini təhlil edən analitik material dərc edib. Yazıda qeyd olunur ki, ölkədə genişmiqyaslı xaos və təhlükəsizlik böhranı yaranacağı təqdirdə region dövlətləri üçün yeni risklər meydana çıxa bilər.

Məqalədə bəzi ekspertlərin fikirlərinə istinadən bildirilir ki, belə bir vəziyyətdə Azərbaycan öz soydaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən addımlar atmaq məcburiyyətində qala bilər. Analitiklər bu ehtimalın Türkiyənin siyasi və diplomatik dəstəyi ilə gündəmə gələ biləcəyini də istisna etmirlər.

Eyni zamanda vurğulanır ki, sözügedən yanaşmalar rəsmi qərar və ya təsdiqlənmiş plan deyil, yalnız mümkün ssenarilər çərçivəsində aparılan müzakirələrdir. Hazırda Azərbaycan və İran arasında hərbi müdaxilə ilə bağlı hər hansı rəsmi bəyanat mövcud deyil.

Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğu bildirib ki, Azərbaycan İranda bütün ssenarilərə hazır olmalıdır:

“İranda etirazlar yenə də baş verə bilər. Ethitmal böyükdür, çünki heç bir problem həll olunmayıb. Problemlərin kökü yerində də qalır. Üstəgəl savaş başlaya,İrana qarşı zərbələr endirilə, İranda mərkəzdənqaçma meyilləri də güclənə, hakimiyyət yıxıla bilər. Hakimiyyətin parçalanması ehtimalı var. Yəni bütün ssenarilərə hazır olmalıyıq.

Soydaşlarımız da öz haqqları uğruna mübarizəni genişləndirə bilərlər. Yəni,əlbəttə ki, soydaşlarımızı müdafiə etməliyik. Düzdür, quru sərhədləri bağlıdır. Amma humanitar böhran yaşansa, biz soydaşlarımızı çətin vəziyyətdə qoya bilmərik. Məsələn Türkiyə belə bir plan da düşünür ki, hansısa bufer zona qurulacaq ki, humanitar böhran yarananda İran sakinləri orada yerləşdirilsin. Biz də bu haqda ciddi düşünməliyik.

Yox əgər soydaşlarımıza qarşı silahdan istifadə etməsi İranın dağılması prosesini sürətləndirə bilər. Burada Azərbaycan, hətta Türkiyə də seyirci qala bilməz. Yəni biz soydaşlarımızı müdafiə etmək üçün bütün vasitələrdən istifadə edəcəyik”.

Politoloq əlavə edib ki, Amerikanın İrana hərbi müdaxiləsindən də danışıb:

"Amerika, İrana hərbi müdaxilə ilə düşünür ki, rejim zəifləyəcək, dəyişəcək və yeni fiqurlar ortaya çıxacaq. Və yaxud etiraz dalğası yenə başlayacaq ki, rejim zəifləsin. Əsas planın tərkib hissəsi bundan ibarətdir. İran rejimi isə düşünür ki, Amerika ilə savaşa başlasa, İraqla səkkiz il davam edən müharibədə olduğu kimi cəmiyyəti ABŞ-yə qarşı birləşdirə bilər. Amma bu çətin məsələdir.

İndi 1979-80-ci illər deyil. İsraillə on iki günlük müharibənin də İran cəmiyyətini ümumi düşmənə qarşı birləşədirəcəyi düşünülürdü . Lakin göründüyü kimi bir müddət sonra yenidən etirazlar başladı. Ona görə də ABŞ-nin hərbi müdaxiləsi olarsa, İran rejimi tam dəyişməsə də, zəifləyəcək vəAmerikanın şərtlərini qəbul etməsi ehtimalı artacaq”.

Seçilən
46
1
turkustan.az

2Mənbələr