AZ

Tramp FİKRİNİ DƏYİŞDİ – İrana mümkün hərbi hücum üçün hazırlıqları BAŞLADI – VİDEO

ABŞ-nin keçmiş yüksək rütbəli hərbi rəhbərlərindən biri və “Fox News” telekanalının analitiki Cek Keinin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi əməliyyat üçün açıq şəkildə hazırlıq mərhələsinə keçib.

NOCOMMENT.az xəbər verir ki, Kein bildirib ki, hazırlıqlar real və ciddi xarakter daşıyır. Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələri çərçivəsində gəmilərin strateji istiqamətlər üzrə hərəkəti, qoşunların müəyyən bölgələrə köçürülməsi, eləcə də risk zonalarında yerləşən bəzi hərbi bazaların qismən boşaldılması planlaşdırılır.

Analitik vurğulayıb ki, bu tədbirlərin əsas məqsədi mümkün hücum zamanı maksimum dəqiqliyin təmin edilməsi və İran tərəfindən ola biləcək cavab reaksiyalarının minimuma endirilməsidir. Keinin fikrincə, ABŞ administrasiyası hərbi ssenariləri paralel şəkildə diplomatik təzyiq mexanizmləri ilə uzlaşdırmağa çalışır.

Qeyd edək ki, son dövrlər Vaşinqton və Tehran arasında gərginliyin artması fonunda ABŞ-nin regionda hərbi fəallığının yüksəlməsi beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. ABŞ tərəfi rəsmi səviyyədə birbaşa hücum qərarı ilə bağlı açıqlama verməsə də, ekspertlər mövcud hərəkətliliyin ciddi hərbi planlaşdırmadan xəbər verdiyini bildirirlər.

Seçilən
127
50
nocomment.az

10Mənbələr