EN

Azərbaycanın qadın güləşçiləri UWW-nin qəbul etdiyi yeni qaydalarla tanış olublar

Qadın güləşi üzrə Azərbaycan millisinin üzvləri Dünya Güləş Birliyinin (UWW) yeni qəbul etdiyi qaydalarla tanış olublar.

XQ xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bakıdakı toplanış çərçivəsində idmançılar üçün praktiki seminar təşkil edib.

Hakimlər Komitəsinin sədri, l-S dərəcəli hakim Asif Şirəliyev Dünya Güləş Birliyinin (UWW) yeni qəbul etdiyi qərarları izah edib. O, həmçinin idmançıların xalçada davranış qaydaları, hakimlərlə ünsiyyəti, etik normaları gözləmələri ilə bağlı da tövsiyələrini çatdırıb.

Qeyd edək ki, AGF bu istiqamətdə maarifləndirci tədbirləri digər yaş qrupları üzrə milli komandalar üçün də təşkil edəcək.

Chosen
34
8
xalqqazeti.az

10Sources