AZ

Qadın güləşçilər yeni qaydalarla tanış olub - VİDEO

Qadın güləşi üzrə milli komandanın Bakı toplanışı davam edir.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası (AGF) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Güləş Federasiyası hazırlıq prosesi çərçivəsində milli üzvləri üçün praktiki seminar təşkil edib. Seminarda Hakimlər Komitəsinin sədri, l-S dərəcəli hakim Asif Şirəliyev Dünya Güləş Birliyinin (UWW) yeni qəbul etdiyi qərarları izah edib. O, həmçinin, idmançıların xalçada davranış qaydaları, hakimlərlə ünsiyyəti, etik normaları gözləmələri ilə bağlı da öz tövsiyələrini çatdırıb.

Qeyd edək ki, AGF bu istiqamətdə maarifləndirci tədbirləri digər yaş qrupları üzrə milli komandalarla da təşkil edəcək.

İdman.Biz
Seçilən
35
8
idman.biz

10Mənbələr