Bakı. Trend:
İlon Maskın sahibi olduğu "SpaceX" şirkəti yayın əvvəlindəsəhmlərinin satışını həyata keçirməyi nəzərdən keçirir. İlkinkütləvi təklifin (IPO) şirkətin 1,5 trilyon dollar dəyərindəqiymətləndirilməsi ilə iyun ayının ortalarında baş tutmasıplanlaşdırılır.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, tarixin planetar uyğunlaşma və Maskın 28 iyundaqeyd ediləcək ad günü ilə üst-üstə düşməsi simvolik addım kimiqiymətləndirilir.
"SpaceX" IPO çərçivəsində 50 milyard dollar cəlb etməyihədəfləyir. Bu, əvvəlki planlarla müqayisədə dəyərin təxminən 800milyard dollar artırılması deməkdir. Şirkətin səhm satışında "Bankof America", "JP Morgan", "Goldman Sachs" və "Morgan Stanley" kimiiri maliyyə institutlarının aparıcı rol alması nəzərdənkeçirilir.
İlon Mask bildirib ki, "SpaceX"-in illik gəliri 15,5 milyarddollar təşkil edir və bunun 1,1 milyard dolları NASA iləmüqavilələrdən əldə olunur. Mask şirkətin təxminən 42%-nə sahibdir.O, eyni zamanda "Tesla" səhmlərinin 17%-nə və "X" sosial mediaplatformasının böyük hissəsinə nəzarət edir.
Qeyd edək ki, "SpaceX" peyklərin buraxılması, Beynəlxalq KosmikStansiya üçün missiyalar və Starlink peyk internet xidməti hesabınagəlir əldə edir. Əgər IPO reallaşarsa, bu, 2019-cu ildə 29 milyarddollar cəlb edən "Saudi Aramco"-nun səhmlərinin yerləşdirilməsindəndaha böyük ilkin maliyyələşmə ola bilər.