AZ

Ermənistan ordusunda bu qurum fəaliyyətini dayandırdı

“Ermənistanın müdafiə naziri Suren Papikyanın əmri ilə silahlı qüvvələrin 20 ildən artıqdır fəaliyyət göstərən Ruhani Rəhbərliyi ləğv edilib”.

Ölkə.az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə keşiş Psak Mkrtçyan məlumat yayıb

O, sosial şəbəkə hesabında “Artıq ruhani vəzifələrimizdən azad edilmişik” yazaraq rəsmi qərarı təsdiqləyib. Məlumata görə, Ermənistan Müdafiə Nazirliyi struktur dəyişikliyi ilə bağlı Eçmiədzin kilsəsinə rəsmi məktub göndərib.

Qeyd edək ki, sözügedən struktur uzun illərdir Ermənistan ordusunda ideoloji və mənəvi xidmət sahəsində fəaliyyət göstərirdi.(qafqazinfo)

Seçilən
91
50
olke.az

10Mənbələr