EN

Azərbaycan hərbçiləri BƏƏ-də beynəlxalq təlimdə iştirak edəcəkFOTO

Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq "Sülh Qalxanı – 2026" adlı birgə əməliyyat-taktiki təlimində iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu həmin ölkəyə yola salınıb.

Bu barədə Xezerxeber.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin əsas məqsədi iştirakçı dövlətlərin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, davamlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi əldə etməkdir.

Qeyd edək ki, "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimi 2-3 fevral tarixlərində keçiriləcək.

  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
Chosen
2
24
xezerxeber.az

10Sources