AZ

Azərbaycan hərbçiləri BƏƏ-də "Sülh Qalxanı - 2026" təlimində iştirak edəcək » AzadMedia.az


Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq “Sülh Qalxanı – 2026” adlı birgə əməliyyat-taktiki təlimində iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu həmin ölkəyə yola salınıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin əsas məqsədi iştirakçı dövlətlərin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, davamlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi əldə etməkdir.

Qeyd edilib ki, “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimi 2-3 fevral tarixlərində keçiriləcək.
Seçilən
47
24
azadmedia.az

10Mənbələr