AZ

Azərbaycan hərbçiləri birgə təlimdə iştirak etmək üçün BƏƏ-yə gediblər - FOTO

Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq "Sülh Qalxanı - 2026" adlı birgə əməliyyat-taktiki təlimində iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu həmin ölkəyə yola salınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, təlimin əsas məqsədi iştirakçı dövlətlərin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, davamlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi əldə etməkdir.
 
Qeyd edək ki, "Sülh Qalxanı - 2026" birgə əməliyyat-taktiki təlimi 2-3 fevral tarixlərində keçiriləcək.
Seçilən
43
24
moderator.az

10Mənbələr