Ajans.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 36,045 milyon ABŞ dolları olub. Türkiyəyə elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 174,008 milyon kVt/saat və ya 41,4%, dəyər ifadəsi ilə 9,3 milyon ABŞ dolları, yaxud 34,9% artıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 69,7 milyon ABŞ dolları dəyərində, 1,221 milyard kVt/saat həcmində elektrik enerjisi ixrac edilib. Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və İrandan 7,2 milyon ABŞ dolları dəyərində 167,5 milyon kVt/saat elektrik enerjisi idxal edib.