EN

Premyer Liqa: “Turan Tovuz” “Sumqayıt”ı məğlub etdi

SUMQAYIT, 25 yanvar. TELEQRAF

Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində “Turan Tovuz” komandası “Sumqayıt”la qarşılaşıb.

Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matç Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Kamal Umudlunun idarə etdiyi görüşdə hesabı 13-cü dəqiqədə Hayderson Hurtado açıb. Kolumbiyalı müdafiəçi 60-cı dəqiqədə avtoqol müəliffi də olaraq hesabı bərabərləşdirib.

Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 69-cu dəqiqədə Rəhim Sadıxovun vurduğu qolla qalib gəlib.

Bununla da “Turan Tovuz” xallarının sayını 30-a çatdıraraq 3-cü pilləyə yüksəlib. “Sumqayıt” 27 xalla beşincidir.

Qeyd edək ki, tura gün keçiriləcək “Sabah” - “Karvan-Yevlax” oyunu ilə yekun vurulacaq. Görüş saat 18:30-da start götürəcək.

Chosen
200
50
teleqraf.com

10Sources