AZ

Premyer Liqanın XVIII turunda Qəbələ İmişli yə qalib gəlib

ain.az, Hurriyyet portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının XVIII turunda "Qəbələ" "İmişli"ni məğlub edib.

Qəbələ şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.

"Qəbələ"nin heyətində Domi Massumo (27, 45+1, 88) het-trik edib. Qonaq komandanın futbolçusu Dioqo Almeyda (7, 61) isə iki qol vurub.

Bu nəticədən sonra xallarının sayını 14-ə yüksəldən "Qəbələ" 10-cu pilləyə yüksəlib. 18 xala malik "İmişli" isə 9-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, turun açılış matçında "Sumqayıt" "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəlib. XVIII tura fevralın 1-də yekun vurulacaq. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
26
hurriyyet.az

10Mənbələr