Misli Premyer Liqasının XVIII turunda "Qəbələ" "İmişli"ni məğlub edib.
"Far.Az" xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.
"Qəbələ"nin heyətində Domi Massumo (27, 45+1, 88) het-trik edib. Qonaq komandanın futbolçusu Dioqo Almeyda (7, 61) isə iki qol vurub.
Bu nəticədən sonra xallarının sayını 14-ə yüksəldən "Qəbələ" 10-cu pilləyə yüksəlib. 18 xala malik "İmişli" isə 9-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, turun açılış matçında "Sumqayıt" "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəlib. XVIII tura fevralın 1-də yekun vurulacaq.