2025-ci ildə Azərbaycanda 27 645 ədəd noutbuk istehsal edilib.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Belə ki, ötən illə müqayisədə noutbuk istehsalı 929 ədəd və ya 3,5% artıb.
2024-cü ildə bu göstərici 26 716 ədəd təşkil edib.
Bununla yanaşı, Azərbaycanda 2 920 ədəd stolüstü kompüter istehsal edilib.
Belə ki, ötən illə müqayisədə stolüstü kompüter istehsalı 3 136 ədəd və ya 51,8% (2 dəfədən çox) azalıb.
2024-cü ildə bu göstərici 6 056 ədəd təşkil edib.