EN

Zaqatalada avtomobil aşıb, bir nəfər ölüb

Bakı.Trend:

Bu gün saat 13 radələrində Zaqatala rayonu ərazisindəyol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin regional qrupundanbildirilib.

Qeyd edilib ki, “VAZ-21015” markalı avtomobil idarəetmədənçıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlıSeyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarətalıb.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işibaşlanılıb, istintaq aparılır.

Chosen
49
11
az.trend.az

3Sources